Sağlam qidalanma: Mütəxəssis şəkərin zərərlərindən danışdı

Sağlam qidalanma: Mütəxəssis şəkərin zərərlərindən danışdı

Aytac Dəniz · Sağlamlıq ·

Sağlamlığımızla bağlı suallar gündəlik həyatımızın ayrılmaz hissəsidir. Qidalanma vərdişlərimizin sağlamlığımıza təsiri, enerji səviyyəmizdəki dəyişikliklər və süfrəmizdəki səhvlər kimi mövzular, sağlam həyat tərzinin əsasını təşkil edir. Bu suallara cavab tapmaq üçün bütüncül qidalanma üzrə türkiyəli mütəxəssis Ebru Zeynep Altay, "Ekol TV" kanalında yayımlanan "Oylum Talu ilə Hafta Sonu" proqramında sağlam qidalanmanın sirlərini açıqladı.

Redaksiya məlumat verir ki, mütəxəssislər un, şəkər və duz kimi "üç ağ"dan uzaq durmağı məsləhət görürlər. Şəkəri həyatımızdan çıxarmaq çətin olsa da, işlənmiş şəkəri dietimizdən çıxarmaq orqanizmdə bir sıra müsbət dəyişikliklərə səbəb olur. Ebru Zeynep Altay bildirib ki, şəkəri həyatınızdan çıxardığınız zaman, əvvəllər hiss etmədiyiniz və şikayət etdiyiniz bir çox xəstəlikləriniz aradan qalxır. Yorğunluq, ətalət və tənbəllik kimi hallar da keçib gedir.

Ekspertin sözlərinə görə, bu dəyişikliklər xüsusilə 21 gün ərzində davam etdirildikdə, dönüşüm və yaxşılaşma başlayır. Bu müddətdən sonra insan özünün ən yaxşı versiyasına çatır. Altay, bu təcrübəni 7,5 il ərzində minlərlə insanla bölüşdüyünü vurğulayaraq, şəkərin enerjimizi alan ən şirin zəhər olduğunu qeyd etdi. Meyvə şəkəri ilə bağlı da vacib məqamlara toxunan Altay, meyvə şəkərinin sağlam olduğunu bildirdi. O, qidalanma saatına diqqət çəkərək, meyvənin ilk yeməklə birlikdə və ya saat dörddən əvvəl yeyilməsinin faydalı olduğunu, axşam saatlarında yeyildikdə isə qaraciyər yağlanmasına səbəb ola biləcəyini vurğuladı.

Altay, əksər hallarda bu problemin səbəbinin qidalanmanın yetərsiz olması olduğunu qeyd etdi. Səhər yeməyində xurma, ərik, qəhvə və ya kruassan kimi qidalarla başlamaq, yaxud sadəcə bir tost yemək əvəzinə, zeytun, yumurta və yaxşı yağlar (kərə yağı, zeytun yağı) ilə birlikdə yaşıl tərəvəzlər də qəbul etmək lazımdır. Bu qidaları qəbul etdikdən sonra meyvə və ya normal şəkər qəbul etmək, qan şəkərini əvvəlki kimi yüksəltmir. Hər şey qan şəkəri ilə bağlıdır.