Rusiyada əhali 2022-ci ildəki səfərbərlik panikasından sonra ilk dəfə müddətli bank depozitlərindən kütləvi şəkildə pul çıxarmağa başlayıb.
Redaksiya xəbər verir ki, mart ayında müddətli hesablardan təxminən 3,97 milyard dollar həcmində vəsait çıxarılıb.
Məlumata görə, bu, son illərdə bank depozitləri üzrə ən diqqətçəkən axınlardan biri hesab olunur. Ekspertlər bunu iqtisadi qeyri-müəyyənlik, inflyasiya gözləntiləri və əhalinin nağd vəsaitə üstünlük verməsi ilə əlaqələndirirlər.
Rusiya Mərkəzi Bankının məlumatına əsasən, ölkədə ev təsərrüfatlarının banklardakı ümumi yığımları 67,4 trilyon rubl təşkil edir.
Analitiklər bildirirlər ki, depozitlərdən vəsait çıxarılması bank sistemi üçün dərhal böhran anlamına gəlmir, lakin əhalinin maliyyə davranışında ehtiyatlılığın artdığını göstərir.
Bu proses Rusiya iqtisadiyyatında sanksiyalar, hərbi xərclər və yüksək faiz siyasəti fonunda baş verir.
