Yeni nəsil süni intellektlə təchiz edilmiş humanoid robot Rusiyada ictimai təqdimat zamanı gözlənilməz hadisə ilə diqqət çəkib. Robotun nümayişi ölkənin texnologiya və robototexnika sahəsində inkişaf səylərinin bir parçası kimi təqdim olunurdu.
Redaksiya Rusiya media məlumatlarına istinadla xəbər verir ki, robot səhnəyə çıxarkən tarazlığını itirərək yıxılıb və bundan sonra tam olaraq fəaliyyətini dayandırıb. Təşkilatçılar bunun texniki nasazlıq nəticəsində baş verdiyini açıqlayıblar. Təqdimat dayandırılıb və robot yenidən işə salına bilməyib.
Hadisə sosial şəbəkələrdə geniş müzakirə edilib. İzləyicilər bu qəzanı Rusiyanın humanoid robot istehsalı sahəsində hələ də ciddi texniki çətinliklə üzləşdiyinin göstəricisi kimi dəyərləndiriblər. Mütəxəssislər isə bildiriblər ki, robot üzərində təkmilləşdirmə işləri davam edəcək və növbəti nümayişin daha stabil şəkildə keçiriləcəyi gözlənilir.
