Rusiya Federasiyasının Bryansk vilayətində Moskva–Klimovo marşrutu üzrə hərəkət edən sərnişin qatarının üzərinə körpü çöküb. Hadisə nəticəsində qatar relsdən çıxıb və bir neçə sərnişin xəsarət alıb.
Redaksiya xəbər verir ki, Moskva Dəmir Yolları hadisənin "nəqliyyat infrastrukturuna qanunsuz müdaxilə" nəticəsində baş verdiyini açıqlayıb. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz isə bəyan edib ki, körpünün dayaqlarına yerləşdirilmiş partlayıcı qurğuların partlaması nəticəsində körpü çöküb və bu, qatarın qəzaya uğramasına səbəb olub.
Hazırda hadisə yerində fövqəladə xidmətlər və hüquq-mühafizə orqanları işləyir. Xəsarət alanların sayı və vəziyyəti barədə rəsmi məlumat verilməsə də, ölənlərin sayının 40 nəfəri keçdiyi bildirilir. Hadisənin təfərrüatları və məsul şəxslərin müəyyən edilməsi üçün istintaq davam edir.
Bu hadisə, bölgədə nəqliyyat təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb və əlavə təhlükəsizlik tədbirlərinin görülməsi məsələsini gündəmə gətirib.
Sevinc Kərimova
