Rusiyada seçkilərə müdaxilə olarsa, ölkənin qlobal internetdən ayrılması müzakirə olunur

Rusiyada seçkilərə müdaxilə olarsa, ölkənin qlobal internetdən ayrılması müzakirə olunur

Sevinc Kərimova · Siyasət ·

Rusiyada 2026-cı ildə keçiriləcək Dövlət Duması seçkilərinə xarici müdaxilə olarsa, ölkənin qlobal internetdən kənarlaşdırılması ehtimalı gündəmə gətirilib. Bu barədə Dövlət Dumasının komitə sədrinin birinci müavini çıxışı zamanı bildirib. Onun sözlərinə görə, artıq bu il Məsafədən Elektron Səsvermə (DƏG) sistemi, Mərkəzi Seçki Komissiyası və bir sıra qubernator seçkiləri kiberhücumlara məruz qalıb.

Vəzifəli şəxs bildirib ki, 2026-cı ilə doğru hücumların sayının artacağı gözlənilir və əsas risk mənbəyi internet mühiti olacaq. Kütləvi təxribat və ya qadağan olunmuş fəaliyyət baş verərsə, Rusiyanın qlobal şəbəkədən tamamilə ayrılması ssenarisinin nəzərdən keçirilə biləcəyi qeyd olunur.

Daha sonra mövzuya münasibət bildirən Dövlət Dumasının profil komitə sədri Aleksandr Boyarski bildirib ki, Rusiyanın dünya internetindən ayrılması hazırda planlaşdırılmır və belə bir qərar gündəmdə deyil.