Rusiya Mərkəzi Bankı Euroclear-a qarşı iddianı qazandı

Rusiya Mərkəzi Bankı Euroclear-a qarşı iddianı qazandı

Fərid Əlizadə · Media ·

Moskva Arbitraj Məhkəməsi Rusiya Mərkəzi Bankının Belçikanın Euroclear Bank depozitarına qarşı 200 milyard avroluq iddiasını tam təmin edib.

Redaksiya Rusiya mediasına istinadla xəbər verir ki, məhkəmə Euroclear Bank-dan 200 milyard avronun tutulması barədə qərar çıxarıb. Tələbin hesablandığı tarix üzrə bu məbləğ təxminən 18,17 trilyon rubla bərabərdir.

İş 5 aydan çox qapalı rejimdə araşdırılıb. Rusiya Mərkəzi Bankı Euroclear-a qarşı iddia ilə 2025-ci ilin dekabrında məhkəməyə müraciət etmişdi.

Bu qərar Rusiya məhkəmə tarixində ən böyük maliyyə iddialarından biri kimi qiymətləndirilir. Lakin ekspertlər və hüquqşünaslar qərarın real icrasının praktiki olaraq mümkün olmadığını bildirirlər.

Euroclear Belçikada yerləşən beynəlxalq depozitar qurumdur və Rusiyada aktivlərinin olmadığı bildirilir. Bundan başqa, şirkət Rusiya məhkəmələrinin yurisdiksiyasını tanımır.

Belçikanın da bu qərarı icra etməsi gözlənilmir. Buna görə məhkəmə qərarı daha çox siyasi və hüquqi təzyiq aləti kimi qiymətləndirilir.