Redaksiya xəbər verir ki, Rusiya İsraili İranın nüvə obyektlərinə qarşı hücumlarını dərhal dayandırmağa çağırıb. Moskvanın bu sərt açıqlaması bölgədə artan gərginlik fonunda verilib və potensial eskalasiyanın qarşısını almağa yönəlib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei isə çıxışında Qurani-Kərimdən sitat gətirərək, “Qələbə yalnız qüdrətli və hikmət sahibi Allahdandır” ifadəsini işlədib. O, İran xalqının haqlı və düzgün mövqedə dayandığını bildirib və Allahın onlara qələbə nəsib edəcəyinə inandığını vurğulayıb.
Eyni zamanda, yerli mənbələrin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-dən çox qırıcı təyyarə hal-hazırda İran hava məkanında uçuş həyata keçirir. İsrailin Baş naziri Benyamin Netanyahu isə Ayətullah Xameneiyə qarşı sui-qəsd daxil olmaqla bütün hərbi variantların masada olduğunu açıqlayıb. O, çıxışında əlavə edib: “Bu müharibənin şəxsi bədəlləri də var – oğlum toyunu təxirə saldı.”
Sevinc Kərimova
