Rusiya gəmisi sanksiyalardan yayınır

Rusiya gəmisi sanksiyalardan yayınır

Nizami Salmanov · Media ·

"ABINSK" adlı quru yük gəmisi iki gün əvvəl İsrailin Hayfa limanına çatıb. Bu gəmi Rusiya nəzarətində olan Ukrayna ərazilərindən taxıl daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Redaksiya xəbər verir ki, bu əməliyyatla İsrail ABŞ, Böyük Britaniya və Avropa İttifaqının tətbiq etdiyi sanksiya rejimlərini pozur. Bu vəziyyət beynəlxalq sanksiyalara məhəl qoymamaq kimi qiymətləndirilir və diplomatik gərginliyə səbəb ola biləcəyi qiymətləndirilir.

Hayfa limanı Çinin "SIPG" şirkətinə icarəyə verilib. Həmçinin, bu liman mütəmadi olaraq "Rusiya kabus donanması" adlanan gəmilər tərəfindən istifadə olunur ki, bu da sanksiyaların təsirini azaltmaq məqsədi güdür.