Rubio: Qəzzada beynəlxalq qüvvəni BMT-də quracağıq, Tayvana dəstəyi kəsmirik

Rubio: Qəzzada beynəlxalq qüvvəni BMT-də quracağıq, Tayvana dəstəyi kəsmirik

Sevinc Kərimova · Siyasət ·

ABŞ dövlət katibi Marko Rubio Qəzzada beynəlxalq qüvvə yaradılması təkliflərini aldıqlarını və bu məsələni sabah Qətərlə müzakirə edəcəklərini bildirib. O, BMT çərçivəsində çoxmillətli missiyanın təsis edilməsi üçün qərar qəbul edilməsinin vacibliyini vurğulayıb.

Redaksiya xəbər verir ki, Rubio açıqlamasında Qəzzada təhlükəsizliyin təmin olunması və atəşkəsin uzunmüddətli davamlılığının yalnız beynəlxalq iştirakı ilə mümkün ola biləcəyini deyib. ABŞ-ın məqsədi Qəzzada sabitliyin bərpası və humanitar yardımın təhlükəsiz şəkildə həyata keçirilməsini təmin edən mexanizmin yaradılmasıdır.

Rubio, həmçinin Tayvan məsələsinə də toxunaraq ABŞ-ın Tayvanı ticarət razılaşması qarşılığında tərk etməyəcəyini bildirib. O qeyd edib ki, Tayvan, Malayziyada Çinlə keçiriləcək danışıqlardan narahat olmamalıdır və Vaşinqtonun Asiyada müttəfiqlərinə sadiqliyi dəyişməz qalır.