Rotşild ailəsi “The Economist”dəki payını satışa çıxarır

Rotşild ailəsi “The Economist”dəki payını satışa çıxarır

Fərid Əlizadə · İqtisadiyyat ·

“The Economist” jurnalının uzunmüddətli səhmdarı olan Rotşild (Rothschild) ailəsi, şirkətdəki 26,7 faiz payını satmaq üçün rəsmi prosesi başlayıb. Satışdan əldə olunacaq gəlirin təxminən 400 milyon funt sterlin olacağı bildirilir.

Redaksiya xəbər verir ki, ingilis iş xanımı Linn Forestər de Rotşild ailəsinin “The Economist Group”dakı bütün paylarını satışa çıxarıb. Hazırda ailənin payı ümumi səhmlərin 26,7 faizinə və səsvermə hüquqlarının 20 faizinədək hissəsinə bərabərdir. Satış tamamlandıqdan sonra “The Economist”in ümumi dəyərinin 800 milyon funt sterlin həcmində qiymətləndiriləcəyi gözlənilir.

Jurnalın digər əsas səhmdarı İtaliyanın məşhur Aqnelli ailəsinə məxsus “Exor” maliyyə holdinqidir. Rotşild ailəsinin nümayəndələri ABŞ və Böyük Britaniyadakı ailə ofisləri və strateji investorlarla danışıqlara başlayıblar. Satışın bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.