“Rosatom”: Buşehr AES tam gücü ilə işləyir

“Rosatom”: Buşehr AES tam gücü ilə işləyir

Könül Məmmədova · Media ·

İranın Buşehr Atom Elektrik Stansiyası fəaliyyətini davam etdirir.

Redaksiya “Rosatom”a istinadla xəbər verir ki, qurumun rəhbəri Aleksey Lixaçov Buşehr AES ərazisində vəziyyətin ümumilikdə sakit olduğunu bildirib.

Onun sözlərinə görə, Buşehr AES ətrafındakı obyektlərə hücum qeydə alınmayıb və stansiyanın birinci enerji bloku tam gücü ilə işləməyə davam edir.

Lixaçov qeyd edib ki, hərbi münaqişənin yenidən başlaması riski olmadığı halda “Rosatom” əməkdaşlarını sürətlə və tam tərkibdə İrana qaytarmağa hazırdır.

“Rosatom” 2027-ci ildə Buşehr AES-in ikinci enerji bloku üçün reaktor avadanlıqlarının İrana göndərilməsinə başlamağı planlaşdırır.

Bildirilib ki, Buşehrdə yeni enerji bloklarının tikinti sahəsi normal iş rejiminə qayıdır və təxminən 2200 yerli işçi artıq işə qayıdıb.