Vatikan şəhərində baş verən hadisələr bütün dünyada böyük rezonans doğurdu. Roma Papası Fransiskin vəfatı ilə əlaqədar, Katolik Kilsəsi üçün mühüm bir dövr başlayıb.
Redaksiya məlumat verir ki, Papa Fransiskin vəfatından sonra Vatikanın ənənəvi prosedurları işə salınıb. Papa Fransiskin şəxsi otaqları möhürlənib və onun vəfatı ilə əlaqədar "Sede Vacante" (Makamın boş olması) elan edilib. Bu proses, yeni papanın seçilməsinə qədər davam edəcək. Kardinal Kevin Farrellin rəhbərliyi altında, Papa möhürü olan "balıqçı üzüyü" məhv edilib.
Vatikanın rəsmi mənbələrinin verdiyi məlumata görə, Papa Fransiskin dəfn mərasiminin tarixi Kardinallar Konqreqasiyasının ilk iclasında müəyyən ediləcək. Papa Fransiskin səhhətində bir müddətdir problemlər olduğu bildirilir. Fevral ayında ağır bronxit keçirən Papa, 38 gün müalicə aldığı Gemelli Xəstəxanasına yerləşdirilmişdi. Onun həkimlərindən biri, professor Sergio Alfieri, Papaya xəstəxanada müalicə zamanı iki dəfə ölüm təhlükəsinin yarandığını bildirmişdi.
Papa Fransiskin vəfatı, dünyada müxtəlif reaksiyalara səbəb olub. Bir çox ölkələrin liderləri və dini rəhbərləri başsağlığı verib. Vatikan, Papa Fransiskin ölüm səbəbinin insult, koma və geri dönməz ürək çatışmazlığı olduğunu açıqlayıb. Bu hadisə, Katolik Kilsəsi üçün yeni bir dövrün başlanğıcıdır.
Sevinc Kərimova
