Mərkəzi Bankın sədri Taleh Kazımov informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış ekspertlərlə ilk görüşünü keçirib.
Görüş çərçivəsində ödəniş sistemləri, kriptoaktivlər, rəqəmsal valyutalar, kibertəhlükəsizlik və data idarə edilməsi kimi aktual istiqamətlər üzrə mövcud vəziyyət və əsas çağırışlar müzakirə olunub.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən media nümayəndələri, ekspertlər və ictimai rəyin formalaşmasında rol oynayan şəxslərlə məlumat mübadiləsinin genişləndirilməsi bütövlükdə maliyyə sektorunun dayanıqlılığının gücləndirilməsinə və sektor üzrə məlumatlılığın artırılmasına töhfə verir.
