Rep musiqisinin psixoloji təsiri elmi araşdırmada öyrənilib

Rep musiqisinin psixoloji təsiri elmi araşdırmada öyrənilib

Sona Osmanova · Elm ·

Alimlər və həkimlər tərəfindən aparılan yeni elmi araşdırma rep musiqisinin psixoloji sağlamlığa güclü təsirini üzə çıxarıb. Tədqiqat nəticələrinə əsasən, cəmi 24 dəqiqə ritmik rep musiqisinə qulaq asmaq zehni gərginliyi və daxili səs-küyü tamamilə aradan qaldıra bilir.

Redaksiya xəbər verir ki, araşdırmada iştirak edən onlarla könüllü gündəlik olaraq rep, hip-hop və texno janrlarında musiqi dinlədikdən sonra narahatlıq, şübhə və depressiya əlamətlərindən tam şəkildə xilas olduqlarını bildiriblər. Mütəxəssislərin fikrincə, bu janrlar beyində xoşbəxtlik hormonlarının ifrazını ən güclü şəkildə stimullaşdırır.

Araşdırma zamanı müəyyən edilib ki, sözügedən musiqi növləri psixoloji davamlılığı artırır, harmoniya, enerji və təhlükəsizlik hissini gücləndirir. Beyin sürətlə gümrahlıq rejiminə keçir, özünənəzarət mexanizmləri möhkəmlənir və daxili gərginlik azalır.

Həkimlər bu nəticələri musiqi terapiyası sahəsində mühüm irəliləyiş kimi qiymətləndirir və rep, hip-hop, texno janrlarını təbii antidepressant təsirə malik musiqi növləri sırasında ön plana çıxarırlar.