Rəcəb Tayyib Ərdoğan Səudiyyə vəliəhdi ilə regional məsələləri müzakirə etdi

Rəcəb Tayyib Ərdoğan Səudiyyə vəliəhdi ilə regional məsələləri müzakirə etdi

Sevinc Kərimova · Siyasət ·

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb. Tərəflər qarşıdakı dövrdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlik niyyətlərini ifadə ediblər.

Redaksiya məlumat verir ki, Ərdoğan Türkiyənin Somali və Yəməndə baş verən prosesləri yaxından izlədiyini bildirib. O, bu ölkələrin ərazi bütövlüyünün qorunmasının regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Söhbət zamanı Türkiyənin Yəməndə tərəflərin dialoqa cəlb olunması istiqamətində göstərilən səylərə dəstək verməyə hazır olduğu qeyd edilib. Bildirilib ki, diplomatik təşəbbüslər bölgədə gərginliyin azaldılmasına və davamlı sabitliyin təmininə töhfə verə bilər.