Üç il əvvəl cinayət məsuliyyətinə cəlb edilən iqtisadçı Qubad İbadoğlu barəsində sonradan seçilmiş həbslə bağlı olmayan qətimkan tədbiri dəyişdirilib.
Bu barədə istintaq orqanı qərar qəbul edib.
Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova saytımıza açıqlamasında deyib ki, müvəkkilinin səhhətində yaranan ciddi problemlərlə bağlı barəsindəki “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilib:
“Qubad İbadoğlu istintaqdan yayınmayacağı ilə bağlı iltizama qol çəkib. Təcili əməliyyat olunması üçün Almaniyaya gedib. Cinayət işi üzrə istintaqın gedişi ilə bağlı isə yekun qərar yoxdur. Ümid edirik ki, yaxın vaxtlarda işə xitam veriləcək”, - vəkil əlavə edib.
Qeyd edək ki, Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs edilmişdi. Sonradan onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Qafqazinfo
