İsrail tərəfindən saxlanıldıqdan sonra Yunanıstanın paytaxtı Afinada çıxış edən iqlim fəalı Qreta Tunberq beynəlxalq ictimaiyyətə çağırış edib. O bildirib ki, dünya bu proseslər qarşısında səssiz qaldıqca vəziyyət daha da pisləşir.
Redaksiya xəbər verir ki, Tunberq çıxışında bu soyqırımın və digər faciələrin hökumətlər, institutlar, media qurumları və böyük şirkətlər tərəfindən mümkün edildiyini deyib. “Bu günaha ortaq olmağa son vermək bizim məsuliyyətimizdir,” – deyə o bildirib.
Sumud Konvoyunda yer alan bir başqa aktivist isə bəyan edib: “Fələstin azad olana qədər dayanmayacağıq.”
