İsrail qüvvələri Qlobal Sumud Konvoyuna aid yardım və aktivistləri daşıyan 13 gəmini saxlayıb. Onların arasında iqlim hərəkatı fəalı Qreta Tunberqin də olduğu bildirilir. Digər 30 gəmi isə Qəzzaya doğru hərəkətini davam etdirir.
Redaksiya xəbər verir ki, beynəlxalq sularda baş verən bu hadisə böyük rezonans doğurub və humanitar missiyanın taleyi ilə bağlı suallar yaradıb. Konvoyun təşkilatçıları İsrailin müdaxiləsinə baxmayaraq, Qəzzaya yardım çatdırmaqda qərarlı olduqlarını bildirirlər.
Məlumata görə, konvoydakı gəmilərdən biri — Mikeno artıq Qəzza sahillərinə çatıb. Bəzi mənbələrdə bu gəminin Adacio ola biləcəyi istiqamətində fikirlər də var. Bu hadisə, Qlobal Sumud Konvoyunun məqsədinə doğru mühüm irəliləyiş kimi qiymətləndirilir.
