Qızılın qiyməti tarixi rekordu yenilədi

Qızılın qiyməti tarixi rekordu yenilədi

Fərid Əlizadə · İqtisadiyyat ·

Qızılın bir unsiyasının dəyəri 3719 dolları keçərək yeni tarixi maksimuma çatıb.

Redaksiya xəbər verir ki, bu göstərici qiymətli metal bazarında rekord olaraq qeydə alınıb və qlobal iqtisadi qeyri-müəyyənlik fonunda artım tendensiyasını davam etdirir.

Mütəxəssislər qızılın qiymətindəki artımı investorların təhlükəsiz liman axtarışı və mərkəzi bankların valyuta ehtiyatlarında qızıla üstünlük verməsi ilə əlaqələndirirlər.