Qızıl Qübbə HHM sistemi üç ilə hazır olacaq

Qızıl Qübbə HHM sistemi üç ilə hazır olacaq

Sevinc Kərimova · Dünya ·

ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə strategiyasında yer alacaq yeni nəsil raketdən müdafiə sistemi – Qızıl Qübbə (Golden Dome) layihəsi ilə bağlı açıqlama verib. Prezidentin sözlərinə görə, sistem təxminən üç il ərzində tam istifadəyə hazır olacaq.

Redaksiya Ağ Evə istinadən xəbər verir ki, Tramp sistemin yalnız yerüstü deyil, eyni zamanda kosmosda yerləşdiriləcək önləyici elementləri də əhatə edəcəyini bildirib: “Qızıl Qübbə təkcə yer səviyyəsində deyil, kosmosda da yerləşəcək müdafiə texnologiyalarını özündə birləşdirəcək.

Prezident əlavə edib ki, bu sistem texnoloji baxımdan İsrailin “Dəmir Qübbə” (Iron Dome) sistemindən daha üstün olacaq: “Bizim texnologiyamız İsrailinkindən daha irəlidədir.

Qızıl Qübbə layihəsinin ümumi dəyəri 175 milyard dollar olaraq açıqlanıb. Tramp bu layihənin ABŞ-ın hava və raket hücumlarına qarşı müdafiə qabiliyyətini tamamilə yeni səviyyəyə qaldıracağını bildirib.

Hərbi analitiklərə görə, bu addım ABŞ-ın qlobal strateji təhlükəsizlik təşəbbüslərində yeni mərhələnin başlanğıcı ola bilər.

Sevinc Kərimova