Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

Aytac Dəniz · Siyasət ·

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

***

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” təsdiq edilib.

***

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş” təsdiq edilib.

Qeyd edək ki, 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.