QHT Agentliyi Qazaxıstanda “Regional Ekoloji Sammit – 2026” tədbirində təmsil olunur

QHT Agentliyi Qazaxıstanda “Regional Ekoloji Sammit – 2026” tədbirində təmsil olunur

Aytac Dəniz · Cəmiyyət ·

Bu gündən Qazaxıstanın paytaxtı Astana şəhərində “Regional Ekoloji Sammit - 2026 öz işinə başlayıb.

Azərbaycan Respublikasının QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Agentliyin əməkdaşı Afərin Quliyeva tədbirin açılış sessiyasında və “8th Central Asian Conference on Climate Change (CACCC-2026) – “NDCs 3.0: From Commitments to Action” (İqlim Dəyişmələri üzrə 8-ci Mərkəzi Asiya Konfransı – “Milli səviyyədə müəyyən edilmiş töhfələr 3.0: öhdəliklərdən fəaliyyətə”) adlı tədbirdə iştirak ediblər.

Tədbir “Ortaq dayanıqlı gələcək baxışı” mövzusuna həsr olunub və aprelin 24-dək davam edəcək.

Sammit çərçivəsində Tehran Konvensiyası üzrə keçirilən nazirlər dialoqu və Xəzər dənizi regionunda ekoloji təhlükəsizlik məsələləri xüsusi diqqət mərkəzindədir.