QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib

QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib

Aytac Dəniz · Cəmiyyət ·

Azərbaycan Respublikasının QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nədimə Rəhimli BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsinin rəhbəri Philip Hug ilə görüşüb. Görüş zamanı Agentliyin fəaliyyəti haqqında məlumat verilib, beynəlxalq platformalarda QHT-lərin iştirakının genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə, həmçinin Azərbaycanda 116 ölkədən QHT-lərin iştirakı ilə təsis edilmiş Qlobal Cənub QHT Platforması haqqında məlumat verilib, QHT Agentliyinin bu Platforma ilə uğurlu tərəfdaşlıq münasibətlərinə malik olduğu vurğulanıb.

P.Hug Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına göstərilən dəstəyi yüksək qiymətləndirib. QHT Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrə ofisində QHT-lər üçün yaradılmış şəraitlə tanış olublar.