Qəzzada humanitar yardım fondunun ləğvi tələb edilir

Qəzzada humanitar yardım fondunun ləğvi tələb edilir

Sevinc Kərimova · Dünya ·

HƏMAS təşkilatı ABŞ və İsrailin nəzarətində olan Qəzza Humanitar Yardım Fondunun (GHF) ləğvini tələb edib. Qurum fondu dinc sakinlərin həlak olmasında məsuliyyət daşımaqda ittiham edib.

Redaksiya xəbər verir ki, təşkilat yaydığı bəyanatda “yardımın paylanma məntəqələri yaxınlığında sionist-amerikan qüvvələrinin davamlı və sistemli qətllərinin” fondun “xalqımıza qarşı mühasirə, aclıq və qırğın siyasətində cinayətkar rolunu” təsdiqlədiyini bildirib.

HƏMAS bu fondun “qeyri-insani mexanizm” olduğunu qeyd edərək, onun dərhal ləğv olunmasını və yaradıcılarının beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsini tələb edib.

Sevinc Kərimova