Fələstin Müqavimət Hərəkatına yaxın mənbələrin “Al Mayadeen” kanalına verdiyi məlumata görə, HƏMAS Trampın təşəbbüsü ilə irəli sürülən Qəzza sülh razılaşmasını qəbul edib və imzalanma mərasimi bu gün Bakı vaxtı ilə 13:00-da Misirdə baş tutacaq.
Redaksiya xəbər verir ki, İsrailin “Kanal 12” telekanalının müxbiri “Ağ Ev bir razılaşmanı elan etməyə hazırlaşır. Vay be,” ifadəsi ilə sosial şəbəkədə paylaşım edib. “İsrael Hayom” qəzetinin məlumatına görə, atəşkəs razılaşmasının imzalanmasına sadəcə bir neçə saat qalıb.
ABŞ-ın “NewsNation” kanalı isə bildirib ki, İsrail ilə HƏMAS arasında Trampın Qəzza sülh planının birinci mərhələsinə dair razılıq əldə olunub. Mərhələyə görə, girovların azad edilməsi və atəşkəsin mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.
