Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan ticarət gəmisi batıb.
Hadisə Konstansa limanından 13 dəniz mili məsafədə qeydə alınıb.
İlkin məlumata görə, “KHORYV” adlı gəmidə dron hücumundan sonra yanğın başlayıb və bunun ardınca batıb.
Gəmidə ümumilikdə 13 nəfər olub ki, onlardan 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşıdır.
İnsident nəticəsində 1 nəfər həlak olub, 3 nəfər itkin düşüb, daha 9 nəfər isə xilas edilib. (Qafqazinfo)

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi batıb - Ölən var
Aytac Dəniz · Hadisə ·