Qalibaf ABŞ-dan İranın şərtlərini qəbul etməyi tələb edib

Qalibaf ABŞ-dan İranın şərtlərini qəbul etməyi tələb edib

Könül Məmmədova · Media ·

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-la danışıqlarla bağlı sərt açıqlama verib.

Redaksiya məlumat verir ki, Qalibaf X platformasında paylaşım edərək İran xalqının hüquqlarının yalnız Tehran tərəfindən təqdim edilən 14 maddəlik təklif çərçivəsində qəbul edilə biləcəyini bildirib.

Onun sözlərinə görə, bundan fərqli yanaşmalar nəticəsiz qalacaq və “uğursuzluqdan başqa heç nə gətirməyəcək”.

Qalibaf əlavə edib ki, Vaşinqton prosesi nə qədər uzatsa, bunun maliyyə yükü ABŞ vergi ödəyiciləri üçün bir o qədər artacaq.

İranın 14 maddəlik təklifində sanksiyaların ləğvi, dondurulmuş aktivlərin açılması, ABŞ qüvvələrinin İran ətrafından çəkilməsi və Hörmüz boğazı ilə bağlı yeni mexanizm kimi tələblərin yer aldığı bildirilir. 0

1