Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub. Tərəflər ikitərəfli əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Redaksiya xəbər verir ki, Ərdoğan görüşdə Putini Türkiyəyə səfərə dəvət edərək, dəvətin hələ də qüvvədə olduğunu vurğulayıb. Putin isə öz növbəsində Türkiyənin Ukrayna böhranının həllində xüsusi rolunun gələcəkdə də tələb olunacağına əminliyini ifadə edib.
Görüş zamanı tərəflərin turizm, enerji, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə də toxunduqları qeyd olunub.
Görüş davam edir.
Sevinc Kərimova
