Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı başlayıb. Bu barədə CBS telekanalı Ağ Ev rəsmisinə istinadla məlumat yayıb.
Redaksiya xəbər verir ki, danışıqlar Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüşündən əvvəl baş tutur. Axios nəşrinin məlumatına görə, Tramp cümə günü Zelenskini Ağ Evdə qəbul edəcək və söhbət zamanı Ukraynanın “Tomahawk” raketləri istəməsi məsələsi gündəmə gələcək.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirmişdi ki, Putin və Tramp arasında telefon əlaqəsinin operativ şəkildə təşkil olunması üçün bütün imkanlar mövcuddur.
