Rusiya Prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Əraqçi Moskvada görüş keçirib.
Redaksiya xəbər verir ki, görüş zamanı Putin İran xalqına dəstək vermək niyyətində olduqlarını bildirib: “İran xalqına kömək etmək üçün səylərimizi davam etdiririk. Sizin bu gün Moskvada olmağınız bizi məmnun edir. Bu, hazırkı vəziyyətdən çıxış yollarını birlikdə müzakirə etmək üçün vacib imkandır.”
Kreml də görüşlə eyni vaxtda rəsmi açıqlama yayaraq Rusiyanın İrana kömək etməyə hazır olduğunu təsdiqləyib. Bildirilib ki, Moskva bölgədə vəziyyətin sabitləşməsi və İranın beynəlxalq hüquqlarının müdafiəsi istiqamətində addımlar atmağa davam edəcək.
Sevinc Kərimova
