Putin: Türkiyə Ukrayna böhranının həllində xüsusi rol oynayacaq

Putin: Türkiyə Ukrayna böhranının həllində xüsusi rol oynayacaq

Sevinc Kərimova · Siyasət ·

Rusiya Prezidenti Vladimir Putin Çində keçirilən ŞƏT sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Ankaranın Ukrayna münaqişəsinin həllində mühüm rol oynadığını bildirib.

Redaksiya Kremlinə istinadən xəbər verir ki, Putin türk tərəfinin siyasi-diplomatik səylərə verdiyi “çox əhəmiyyətli töhfə” üçün minnətdarlığını ifadə edib. Onun sözlərinə görə, cari ilin may ayından etibarən İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında artıq üç raund birbaşa danışıqlar baş tutub. Prezident qeyd edib ki, bu dialoq humanitar sahədə bir sıra praktiki məsələlərin həllinə irəliləyiş gətirib.

Putin həmçinin vurğulayıb ki, Türkiyənin gələcəkdə də bu prosesdə xüsusi rol oynayacağına əmindir.

Sevinc Kərimova