Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp barədə diqqətçəkən açıqlamalar verib.
Redaksiya xəbər verir ki, Putin Trampa şəxsi hörmətini ifadə edərək, onun Ukrayna müharibəsini həll etmək istiqamətində səmimi niyyət daşıdığını bildirib:
“Trampa böyük hörmətim var. O, Ukraynadakı münaqişəni həqiqətən sülh yolu ilə həll etmək istəyir.”
Putin həmçinin Rusiya və ABŞ arasında iqtisadi əməkdaşlıq imkanlarının yüksək olduğunu vurğulayıb:
“Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq potensialı kifayət qədər böyükdür. ABŞ biznes dairələri dəfələrlə Rusiyaya qayıtmaq istədiklərini bildiriblər.”
Qeyd edək ki, ABŞ ilə Rusiya arasında münasibətlər Ukrayna müharibəsi fonunda gərgin olsa da, Trampın və Putin tərəfdarlarının bəzi sahələrdə dialoqu bərpa etmək niyyətində olduqları zaman-zaman gündəmə gəlir.
Sevinc Kərimova
