Putin: Rusiya hələ də ABŞ-a nüvə yanacağı tədarük edir

Putin: Rusiya hələ də ABŞ-a nüvə yanacağı tədarük edir

Sevinc Kərimova · Siyasət ·

Rusiya Prezidenti Vladimir Putin, bu gün verdiyi açıqlamada ABŞ-a hələ də nüvə yanacağı ixrac olunduğunu bildirib. O qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyalar tətbiq etsə də, bu məsələdə pragmatik davranaraq enerji təhlükəsizliyini ön planda saxlayır.

Rusiya hələ də ABŞ-a nüvə yanacağı tədarük edir. Amerikalılar bu məsələdə praqmatik davranır – onlar öz maraqlarını heç vaxt unutmurlar,” – deyə Putin vurğulayıb.

Rusiya uzun illərdir ABŞ-ın kommersiya məqsədli atom elektrik stansiyalarına zənginləşdirilmiş uran tədarük edən əsas tərəfdaşlardan biri kimi qalır. ABŞ rəsmiləri 2028-ci ildən etibarən bu asılılığı azaltmaq üçün Rusiya mənşəli uranın idxalına qadağa qoymağı planlaşdırır, lakin bu müddətə qədər tədarüklər xüsusi icazə və məhdudiyyətlərlə davam edir.

Mövzu ilə bağlı ABŞ hökumətindən hələlik əlavə açıqlama verilməyib. Kremlin bu bəyanatı, enerji sahəsində geopolitik balansların və qarşılıqlı asılılıqların aktuallığını bir daha gündəmə gətirir.

Sevinc Kərimova