Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək İrəvanın xarici siyasət qərarlarında ehtiyatlı davranmalı olduğunu bildirib.
Redaksiya xəbər verir ki, Putin Paşinyana “hər şeyin hesablanmalı” olduğunu deyib.
“Hər şeyi hesablamaq lazımdır. Diqqətlə baxın və qərarınızı buna uyğun verin”, — deyə Rusiya lideri bildirib.
Putin Ukrayna böhranını nümunə göstərərək onun Kiyevin Avropa İttifaqına qoşulmaq cəhdləri ilə başladığını iddia edib.
Onun sözlərinə görə, Ermənistan da strateji seçimlər edərkən mümkün iqtisadi, siyasi və təhlükəsizlik nəticələrini nəzərə almalıdır.
Açıqlama Ermənistanın Qərblə yaxınlaşdığı, Rusiya ilə münasibətlərinin isə gərginləşdiyi dövrə təsadüf edir.
Moskva İrəvanın Avropa İttifaqı və NATO ölkələri ilə əlaqələrini genişləndirməsini regiondakı balans üçün risk kimi təqdim edir.
