Prokurorluğun veteranları ilə gənc əməkdaşların görüşü keçirilib

Prokurorluğun veteranları ilə gənc əməkdaşların görüşü keçirilib

Aytac Dəniz · Cəmiyyət ·

Sentyabrın 24-də Baş Prokurorluq və sentyabrın 25-də Bakı şəhər prokurorluğunun inzibati binasında 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Milli prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü ilə əlaqədar prokurorluğun veteranları və gənc prokurorluq işçiləri arasında görüş keçirilib.

Görüşdə müasir Azərbaycanın qurucusu dünya şöhrətli dövlət xadimi Ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz fədakarlıq vurğulanaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə ordumuzun əldə etdiyi möhtəşəm qələbə sayəsində ərazi bütövlüyümüzün və 2023-cü ildə isə 23 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyimizin bərpa edilməsindən bəhs edilib.

Ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Şərqi Zəngəzur və Qarabağ bölgəsində aparılan kompleks quruculuq işləri barədə gənc hüquqşünaslara danışılıb və “Böyük Qayıdış”ın reallaşmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkilinə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə, əməkdaşların peşəkarlığının artırılmasına mühüm töhfə verdiyi vurğulanıb.

Veteranlar görüşdə prokurorluq orqanlarındakı xatirələrini danışıb, gənc prokurorluq işçiləri ilə öz bilik və təcrübələrini bölüşüb, hazırda prokurorluq orqanlarında aparılan dinamik islahatlar, eləcə də maddi və texniki bazanın möhkəmləndirilməsi istiqamətində göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib.

Görüşdə veteranlar prokurorluq orqanlarında çalışmağın şərəfli, eyni zamanda bir o qədər çətin və məsuliyyətli olmasını vurğulayaraq gənclərə uğurlar arzu edib.