Prezident FHN-ə yeni səlahiyyət verdi

Prezident FHN-ə yeni səlahiyyət verdi

Sevinc Kərimova · Siyasət ·

Fövqəladə Hallar Nazirliyinin vəzifələri sırasına aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək daxil edilib.

Redaksiya President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"yə edilən dəyişiklikdə əksini tapıb.

"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında Əsasnamə"yə də müvafiq dəyişiklik edilib.