Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi

Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi

Aytac Dəniz · Cəmiyyət ·

Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Muxtar oğlu Məmmədov həbs edilib.

Bu haqda “Bizim.Media” məlumat yayıb.

Bildirilir ki, sabiq rəis rüşvət ittihamı ilə bağlı saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əflatun Məmmədov 2026-cı ilin may ayında vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.