PKK-nın tarixi tərksilah prosesi haqqında beynəlxalq media nə yazır?

PKK-nın tarixi tərksilah prosesi haqqında beynəlxalq media nə yazır?

Sevinc Kərimova · Dünya ·

İraqın şimalında PKK-nın silah qoyması ilə bağlı keçirilən rəsmi mərasim və liderlərin çağırışları beynəlxalq media gündəmini zəbt edib.

Redaksiya xəbər verir ki, nüfuzlu media qurumları bu prosesi belə işıqlandırıb. Başlıqlar:

  • AP News: İraqda kürd separatçı döyüşçülər Türkiyə ilə sülh prosesi çərçivəsində silahlarını yerə qoymağa başlayıb.
  • Reuters: PKK militantları İraqda mağarada silahlarını yandıraraq tərksilah prosesinə start veriblər.
  • Reuters (video): Həbsdəki PKK lideri Öcalan videoda silahlı mübarizənin bitdiyini elan edir, demokratik keçidə çağırır.
  • DW (AFP): PKK döyüşçüləri İraq Kürdüstanında simvolik mərasimdə silahlarını təhvil veriblər.
  • France 24: PKK döyüşçüləri İraqda əsas mərasim zamanı silahlarını məhv ediblər.
  • Arab News: İraq mağarasında keçirilən mərasimdə PKK militantları silahlarını təhvil veriblər.
  • The Guardian (live): 30 PKK döyüşçüsü simvolik şəkildə silahlarını yerə qoyub.
  • El País: Kürd PKK İraqda tarixi tərksilah mərasiminə başlayıb.
  • VG (Norveç): PKK-nın İraqda təşkil etdiyi mərasimdə döyüşçülər silahlarını yerə qoyur.
  • Omni (İsveç): İraqda keçirilən simvolik tərksilah mərasimi beynəlxalq reaksiyalar doğurur.
  • Al Jazeera: PKK Türkiyədə 40 illik silahlı mübarizədən sonra tərksilah prosesinə başlayır.
  • Kurdistan24: Kürdüstan Regionu rəhbərliyi PKK-nın tərksilah qərarını alqışlayır.
  • Naharnet (Livan): PKK döyüşçüləri əsas mərasimdə silahlarını məhv ediblər.
  • Le Figaro (Fransa): PKK silahlarını təhvil verir – Parisdən etidal çağırışı.
  • CNN International: PKK-nın silahsızlanması regional sabitlik üçün dönüş nöqtəsi ola bilər.
  • Straits Times (Sinqapur): Kürd militantlar İraqda silah təhvil mərasiminə başlayır.
  • Deutsche Welle: PKK lideri Öcalan döyüşçülərə çağırış edib: “Siyasi arenaya keçin”.
  • New Indian Express: PKK döyüşçüləri sülh çərçivəsində silahlarını yerə qoyur.
  • Al-Monitor: PKK militantları İraqda simvolik şəkildə silahlarını təhvil verir.
  • IraqiNews.com: Tərksilah prosesi bir neçə ay davam edə bilər – İraq rəsmiləri.

Bu bəyanatlar və görüntülər “Terrorsuz Türkiyə” yolunda növbəti addım kimi qiymətləndirilir.

Sevinc Kərimova