İran Prezidenti Məsud Pezeşkian mübarizəni davam etdirəcəyini bildirib.
Redaksiya xəbər verir ki, Pezeşkian çıxışında həyatda olduğu müddətcə geri çəkilməyəcəyini deyib.
“Vücudumda həyat olduğu müddətdə mübarizəni davam etdirəcəyəm”, — deyə İran prezidenti bildirib.
Pezeşkianın sözlərinə görə, qarşıdurmada yalnız iki yol var: ya meydanı güclə idarə etmək, ya da şəhid olmaq.
“Ya meydanı güclə idarə edəcəyik, ya da şəhid olacağıq”, — deyə o qeyd edib.
İran prezidenti bildirib ki, indiyə qədər şəhid olanların ruhu meydanda olmalı və mübarizə davam etdirilməlidir.
Açıqlama İran ətrafında hərbi-siyasi gərginliyin artdığı və ölkə daxilində müqavimət ritorikasının gücləndiyi dövrə təsadüf edir.
