İran Prezidenti Məsud Pezeşkian danışıqların təslim olmaq anlamına gəlmədiyini bildirib.
Redaksiya xəbər verir ki, Pezeşkian İranın danışıqlarda “qürur və cəsarətlə” iştirak etdiyini və əsas məqsədin İran xalqının hüquqlarını qorumaq olduğunu deyib.
İran prezidenti ölkəsinin xalqın və dövlətin qanuni hüquqlarından heç vaxt imtina etməyəcəyini vurğulayıb. O əlavə edib ki, Tehran İranın maraqlarını və “şərəfini” son ana qədər qorumağa davam edəcək.
Pezeşkianın açıqlaması ABŞ və İran arasında nüvə proqramı və regional təhlükəsizlik məsələləri ətrafında diplomatik təmasların intensivləşdiyi dövrdə səslənib.
Tehran son həftələrdə həm danışıqlara açıq olduğunu bildirir, həm də mümkün təzyiqlər qarşısında geri addım atmayacağı mesajını verir.
