Oman sahilləri yaxınlığında yanğın qeydə alındığı bildirilir.
Redaksiya məlumat verir ki, son saatlarda yayılan peyk görüntülərində Hörmüz boğazına yaxın ərazidə yanğın izi müşahidə olunub.

Məlumata görə, yanğın ABŞ tərəfindən gəmilərin keçidi üçün daha əvvəl təhlükəsiz zona kimi təqdim edilən marşrutun yaxınlığında qeydə alınıb.
ABŞ tərəfi daha əvvəl gəmilərə Hörmüz boğazından keçid zamanı Oman suları istiqamətində müəyyənləşdirilmiş gücləndirilmiş təhlükəsizlik zonasından istifadə etməyi tövsiyə etmişdi.
Hadisə bölgədə dəniz təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Yanğının səbəbi və hansı obyektə aid olması barədə əlavə məlumat dəqiqləşdirilir.
