Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Rusiya ilə Azərbaycanın tərəfdaş və müttəfiq münasibətlərini qoruyub saxlamağın vacibliyinə əmindir.
Redaksiya xəbər verir ki, Peskovun sözlərinə görə, iki ölkə arasında strateji əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi həm regional sabitlik, həm də tərəflərin milli maraqları üçün önəmlidir.
Rusiya rəsmisi əlavə edib ki, Moskva Bakı ilə bütün sahələrdə əməkdaşlığın inkişafına sadiq qalır.
Sevinc Kərimova
