Paytaxtda motosiklet və moped oğurlayan 5 nəfər saxlanılıb

Paytaxtda motosiklet və moped oğurlayan 5 nəfər saxlanılıb

Vüsal Şahbazov · Kriminal ·

Paytaxtın müxtəlif ərazilərində motosiklet və mopedlərin oğurlanması barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi rayonunda müxtəlif markalı 2 motosiklet, Nəsimi rayonunda isə moped oğurlamaqda şübhəli bilinən S.Rüstəmov, T.Məmmədzadə, İ.Abışzadə, A.İsmayılov və F.Sultanzadə müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.