Telegram-ın yaradıcısı Pavel Durov Fransada hakimiyyətin vətəndaşların şəxsi yazışmalarına tam çıxış əldə etməyə çalışdığını bildirib.
Redaksiya xəbər verir ki, Durov şəxsi kanalında paylaşım edərək Telegram-ın Fransadakı istifadəçilərinə “çatlar üzərində nəzarət və şəxsi həyatın toxunulmazlığına təhlükə” barədə bildiriş göndərdiyini açıqlayıb. O qeyd edib ki, “Chat Control” təşəbbüsü qəbul olunacağı halda, telefonlar “casusluq alətinə” çevriləcək.
Durov vurğulayıb ki, bu təşəbbüsün təşəbbüskarı Fransa hökumətidir və həm keçmiş, həm də hazırkı daxili işlər nazirləri onu dəstəkləyib. Onun sözlərinə görə, layihə polisə fransız vətəndaşlarının şəxsi yazışmalarını izləmək imkanı verir, lakin məmurlar və polis əməkdaşları bu nəzarətdən azad ediləcək. Durov əlavə edib ki, təşəbbüs cinayətlərin qarşısını almayacaq, çünki cinayətkarlar VPN və ya xüsusi saytlar vasitəsilə gizlənə bilərlər.
