Paşinyandan Azərbaycana Qurban bayramı təbriki gəldi

Paşinyandan Azərbaycana Qurban bayramı təbriki gəldi

Sevinc Kərimova · Dünya ·

Ermənistanın baş naziri Nikol Paşinyan Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. O, rəsmi paylaşımında Azərbaycan Respublikasını və xalqını bayram münasibətilə təbrik edərək, regionda sülh və rifah arzularını ifadə edib.

Redaksiya xəbər verir ki, Paşinyan öz “X” hesabında bu sözləri qeyd edib: “Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimiz və xalqlarımız üçün sülh və rifah arzulayıram.”

Təbrik mesajı sosial şəbəkələrdə yayılıb və regionda gərgin münasibətlərin yumşaldılması baxımından rəmzi əhəmiyyət daşıdığı qeyd olunur. Bu cür jestlər iki ölkə arasında mümkün diplomatik yanaşmaların fonunda diqqətlə izlənilir.

Sevinc Kərimova