Paşinyan: Qarabağ bizim deyildi - VİDEO

Paşinyan: Qarabağ bizim deyildi - VİDEO

Könül Məmmədova · Media ·

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı açıqlamasında “torpaq itirdik” fikrini rədd edib.

Redaksiya məlumat verir ki, Paşinyan çıxışında həmin ərazilərin Ermənistana aid olması iddiasını sual altına alıb.

O bildirib ki, həmin torpaqların “bizim” adlandırılması üçün real əsas olmayıb. Paşinyan “orada məktəb, uşaq bağçası, zavod tikmişdikmi, yaşayış məntəqəsi qurmuşduqmu?” suallarını səsləndirib.

Baş nazir qeyd edib ki, bəzi generalların həmin ərazilərdə buğda əkməsi həmin torpaqların Ermənistana məxsus olması anlamına gəlmirdi.

Paşinyan çıxışında “O torpaq bizim deyildi” ifadəsini işlədərək, Qarabağ məsələsində keçmiş yanaşmaları tənqid edib.

Açıqlama Ermənistanda Qarabağ mövzusu ətrafında daxili siyasi mübahisələrin davam etdiyi bir vaxtda səsləndirilib.