PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün “Dostunu dəvət et” proqramını təqdim edib. Yeni təşəbbüs mövcud kart sahiblərinə dostlarını proqrama dəvət edərək əlavə millər qazanmaq, yeni müştərilərə isə kart əldə edərkən bonus millərdən yararlanmaq imkanı yaradır.
Proqramın şərtlərinə əsasən, mövcud kart sahibi öz TK nömrəsini “Miles&Smiles PASHA Bank” kartı əldə etmək istəyən şəxslə paylaşır. Yeni müştəri kart sifarişi zamanı həmin nömrəni müvafiq xanaya daxil edir. Kartın əldə edilməsi və aktivləşdirilməsindən sonra hər iki iştirakçı seçilən kartın növünə uyğun olaraq bonus millərlə mükafatlandırılır.
Bonus millər kart növlərinə görə aşağıdakı kimi müəyyən edilib:
Miles&Smiles Platinum – 500 mil
Miles&Smiles Black və Signature – 1 000 mil
Miles&Smiles Elite və Infinite – 1 500 mil
PAŞA Bankın Türk Hava Yolları ilə əməkdaşlıq çərçivəsində təqdim etdiyi “Miles&Smiles PASHA Bank” kartları müştərilərə gündəlik nağdsız ödənişlərindən mil toplamaq və onları müxtəlif səyahət üstünlüklərinə çevirmək imkanı verir. Toplanan millərdən Türk Hava Yolları və Star Alliance şəbəkəsinə daxil olan digər aviaşirkətlərin uçuşlarında, eləcə də əlavə baqaj, oturacaq seçimi və digər xidmətlər üçün istifadə etmək mümkündür.
Bununla yanaşı, kart növündən asılı olaraq yeni müştərilərə 3 000-dək Welcome Miles təqdim olunur.
“Dostunu dəvət et” proqramı haqqında ətraflı məlumat və iştirak şərtləri ilə linkdən tanış olmaq mümkündür.

PAŞA Bank yeni bonus mil proqramına start verib
Aytac Dəniz · Maliyyə ·