Yeni seçilmiş Katolik lideri Papa XIV Leo, çıxışında dünyadakı siyasi və humanitar gərginliklərə toxunaraq, beynəlxalq miqyasda artan münaqişələrin artıq qlobal müharibə miqyasına çatdığını bildirib. O deyib ki, “Bu gün biz faktiki olaraq hissə-hissə yaşanan Üçüncü Dünya Müharibəsinin dramatik mənzərəsi ilə qarşı-qarşıyayıq.”
Redaksiya Vatikana istinadən xəbər verir ki, Papa bu bəyanatla Ukrayna, Yaxın Şərq, Hidistan-Pakistan və Afrika başda olmaqla bir çox bölgədə davam edən silahlı qarşıdurmaların qlobal təhlükəsizlik və insanlıq üçün ciddi təhdidə çevrildiyinə diqqət çəkib. O, dövlətləri və beynəlxalq təşkilatları sülh, dialoq və humanitar dəyərlərin müdafiəsinə çağırıb.
Bu açıqlama, Papa XIV Leo-nun sülhə çağırış edən ilk çıxışlarından biri kimi qiymətləndirilir.
Sevinc Kərimova
