Papa XIV Leo: Süni intellekt …

Papa XIV Leo: Süni intellekt …

Sevinc Kərimova · Dünya ·

Yeni seçilmiş Katolik lideri Papa XIV Leo, süni intellektin sürətlə inkişaf edən texnologiya sahəsində yaratdığı etik və sosial risklərə diqqət çəkib. O, çıxışında vurğulayıb ki, AI texnologiyalarının idarəsiz və nəzarətsiz inkişafı insan ləyaqətini, sosial ədaləti və əməyin dəyərini təhdid edir.

Redaksiya Vatikana istinadən xəbər verir ki, Papa bildirib ki, bu texnologiyaların tətbiqi zamanı mənəvi dəyərlərin və insani prinsiplərin qorunması zəruridir. O, qlobal ictimaiyyəti və siyasətçiləri bu sahədə məsuliyyətli yanaşmaya çağırıb.

Müqəddəs Taxt-Tacın rəhbəri kimi ilk rəsmi çıxışlarından birində səsləndirilən bu mesaj, Katolik Kilsəsinin süni intellekt və etik məsuliyyət məsələsinə ciddi yanaşmasının göstəricisi kimi qiymətləndirilir.

Sevinc Kərimova