Roma Papası XIV Leo Katolik Kilsəsi ilə Anthropic şirkətinin süni intellekt dövründə insanlıq üçün doğru yolu birlikdə axtaracağını bildirib.
Redaksiya xəbər verir ki, Papa çıxışında süni intellektin bəşəriyyətin gələcəyi üçün yaratdığı imkanlar və risklərə diqqət çəkib.
“Bu süni intellekt dövründə insanlıq üçün doğru yolu birlikdə axtaracağıq”, — deyə Papa XIV Leo bildirib.
Katolik Kilsəsi texnologiyanın insan ləyaqəti, etik dəyərlər və cəmiyyətin gələcəyi üzərində təsirini əsas müzakirə mövzularından biri kimi görür.
Anthropic isə Claude süni intellekt modeli ilə tanınır və özünü daha təhlükəsiz, idarəolunan və etik Sİ sistemləri hazırlayan şirkət kimi təqdim edir.
Bu əməkdaşlıq dini institutlarla texnologiya şirkətləri arasında Sİ-nin insan həyatına təsiri barədə dialoqun daha da genişləndiyini göstərir.
